Azərbaycanın rəqəmsal gələcəyini bu gün qururuq!

Overview

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılmışdır.

Lorem ipsum dolor sit

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, yerli innovasiya mühitinin formalaşdırılması, ekosistemin gücləndirilməsinə xidmət edir. Nüvə elmi və texnologiyalarının sınaq təcrübələrini aparmaq, fiziki və hüquqi şəxslərə innovasiya yönümlü elmi-tədqiqatlarına və innovativ layihələrinə (startaplara) dəstək vermək, müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərərək ölkədə İKT sahəsində əlçatan təhsil və karyera imkanlarını təmin etmək, rəqəmsal hökumət və rəqəmsal cəmiyyətin qurulması və təşkilini həyata keçirmək Agentliyin prioritet istiqamətləridir.

Gələcəyə baxış və missiya

Şirkətimizin gələcəyə baxışı Azərbaycanı dijital region liderinə çevirmək, inkişafı artırmaq və müsbət dəyişikliklər etməkdir. Şirkətimizin missiyası isə innovasiyaların mədəniyyətini dinamikləşdirmək, qabaqcıl məhsul və xidmətlərin yaradılmasını dəstəkləmək və texnologiya, sahibkarlıq və rəqəmsal transformasiyanın birgəliyi nəticəsində iqtisadi artıma təkan verməkdir.

Agentliyimizin əsas prinsipləri

Gələcəyə baxış və missiya

Atdığımız bütün addımlarda "Şəffaflıq", "Davamlılıq və İnkluzivlik" və "Əlçatanlıq" prinsiplərinə əməl edirik. Komandamızın isə daxili prinsipləri var. Bunlar "Dürüstlük və Şəffaflıq", "Maraq", "Təşəbbüskarlıq", "İnkişaf və Birgəlik"dir. Komandamız daim çalışaraq, təşəbbüskarlıq göstərir, inkişaf yolunda yeniliklər edirlər. Bütün bu proseslər dürüstlük və şəffaflıq fonunda baş verir.